Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi

Tibbi maskaların ölkədən çıxarılmasına məhdudiyyət aradan qaldırıldı

9
(Yenilənib 16:19 01.09.2020)
Dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.

BAKI, 1 sentyabr — Sputnik. Baş Nazir Əli Əsədov "Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Dəyişiklikdən öncə, qərar 2020-ci il sentyabrın 1-dək qüvvədə idi. Əli Əsədovun etdiyi bugünkü dəyişiklikdən sonra qərarın qüvvədə olma müddəti noyabrın 1-dək uzadılıb. Bundan başqa, dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.

9
Qandal, arxiv şəkli

Astarada "zəncirvari" həbslər

4
Astarada bir neçə gün ərzində iki cinayətkar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, birinci ikincini narkotiklərlə təmin edirmiş

 

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Astara Rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Toğrul Əhədzadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb: “Onun üzərinə baxış keçirilən zaman üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə baxış aparılarkən oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkar edilib".

© AR Ministry of Internal Affairs
Bəxtiyar Quliyev

T.Əhədzadə həmçinin qeyd edib ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İmran Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

4
Teqlər:
Astara, həbs, narkotacir, narkotik
Müəllim

Bir qrup müəllimin əmək müqaviləsinə xitam veriləcək

10
(Yenilənib 11:47 25.01.2021)
Təkrar qiymətləndirmədə iştirak etməyən və bu qaydalar ilə müəyyən olunan keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaqlar

BAKI, 25 yanvar — Sputnik. "Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları"nda dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Naxçıvanda bilik və bacarıqlarının qiymətləndirilməsində zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə 6 (altı) ay sonra təkrar qiymətləndirilmədə yenidən iştirak etmək üçün muxtar respublikanın Mədəniyyət Nazirliyinə müraciət edə biləcəklər.

Həmçinin təkrar qiymətləndirmədə iştirak etməyən və bu qaydalar ilə müəyyən olunan keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaqlar. Həmin müəllimlərin əmək müqaviləsinə xitam veriləcək və nazirlik tərəfindən vakant yerlərə işə qəbul üçün Naxçıvanın Dövlət İmtahan Mərkəzinə müraciət ediləcək.

10