Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycanda korrupsiya ilə bu şəxslər mübarizə aparacaqlar - QƏRAR

83
(Yenilənib 19:02 31.08.2020)
Sərəncamla Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə yeni şəxslər təyin ediliblər.

BAKI, 31 avqust - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin ediliblər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

83
Stasionar telefon, arxiv şəkli

Müdafiə Nazirliyində valideynlər üçün fasiləsiz qaynar telefon xətləri açıblar

2
(Yenilənib 16:14 05.12.2020)
Vətəndaşlar qeyd olunan nömrələrə zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər

BAKI, 5 dekabr - Sputnik. Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda qeyd olunur.

2
Teqlər:
qaynar xətt, valideynlər, hərbçilər, telefon, Müdafiə Nazirliyi
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: bir sutkada 4323 xəstə aşkarlandı

3
Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

Ölkədə son sutka ərzində 20778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

3
Teqlər:
ölənlər, Azərbaycan, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər