Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

3075
(Yenilənib 21:49 23.08.2020)
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

BAKI, 23 avqust - Sputnik. Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir: "Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

3075
Tələbə

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

140
(Yenilənib 00:33 24.09.2020)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilir.

BAKI, 23 sentyabr - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Sputnik Azərbaycan  DİM-ə istinadla xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə övladları və özləri ali məktəblərə daxil olan şəxslər bu barədə paylaşımlar edirlər. 

140
Mina Hüseyn

Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi

42
(Yenilənib 23:29 23.09.2020)
Müğənni Mina Hüseynin ARB kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

BAKI, 23 sentyabr — Sputnik. Müğənni Mina Hüseynin Arb kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, verilişə telefon zəngi ilə qoşulan Əməkdar artist Zöhrə Abdullayeva gənc ifaçını geyiminə görə qınayıb:

"Mina gözəl qızdır. Amma sənə ağbirçək məsləhətim var. Mən də sən yaşda olmuşam, amma belə geyinməmişəm. İstəmirəm qəlbinə toxunum. O nə oturuşdur? Efirdə niyə elə oturmusan? Onsuz da əynində heç nə yoxdur. Müğənni şort geyinməz. Müğənni pünhan qalmalıdır. O niyə elə geyimdə ora çıxıb? Alt paltarında efirə çıxıb. Bu "saruçqa" geyinib, amma aşağı hissədən heç nə geyinməyib. Oxumağı pis deyil, amma geyimi pisdir. Biz elə geyinsəydik, bizi alan olmazdı".

Z.Abdullayevanın fikirlərinə Mina bu cür cavab verib:

"Məndən böyükdür, fikirlərinə hörmətlə yanaşıram. Amma bu mənim tərzimdir. Dünya ulduzlarına baxıb, bu tərzi seçmişəm. Nə üçün dediyinizi başa düşürəm. Bu mənim tərzimdir, gələcəkdə düzəldərəm. Amma mən sənətə ərə getmək üçün gəlməmişəm".

42