Məmurlar, arxiv şəkli

Azərbaycan qonşu ölkəyə yeni səfir təyin etdi

15
(Yenilənib 13:34 17.08.2020)
Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

BAKI, 17 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir.

Dövlət başçısının digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu imzaladığı sərəncamla Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

15
Təhsil Nazirliyi

Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb

4
(Yenilənib 23:03 21.09.2020)
Təhsil Nazirliyi: Koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

BAKI, 21 sentyabr — Sputnik. Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır!

4
Teqlər:
epidemiya, COVID-19, Koronavirus, Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Əlaqədar
Məktəblərdə koronavirusa yoluxma aşkarlanıbmı - Rəsmi açıqlama
Ali məktəblərdə dərslər distant keçiriləcək
Məktəblərdə şagirdləri əziyyətə salmayacaqlar
Məktəblərdə xüsusi məntəqələr yaradacaqlar - COVID-ə görə
Xüsusi təyinatlılar

Türkiyədən Ermənistana xəbərdarlıq: Atəşlə oynama!

21
(Yenilənib 23:03 21.09.2020)
Türkiyənin Milli Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır".

BAKI, 21 sentyabr — Sputnik. Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan əsgərinin şəhid edilməsi ilə bağlı açıqlamada ifadə edilib.

Nazirlikdən verilən açıqlamada deyilir:

"Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

21