Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb

2563
(Yenilənib 15:57 03.08.2020)
Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.

BAKI, 3 avqust - Sputnik. Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.

2563

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14