General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi

General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi

993
(Yenilənib 18:26 02.08.2020)
"Həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir" - MN

BAKI, 2 avqust — Sputnik. General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Azərbaycan Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik.

Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir.

993
Əlaqədar
General Polad Həşimovun adı əbədiləşdiriləcək
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb
Millət vəkili: Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək
Şəhid olmuş general-mayor və polkovnik himn sədaları altında dəfn ediliblər
Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

24
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

24
Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan, arxiv şəkli

Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"

41
(Yenilənib 23:53 28.09.2020)
Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

Sputnik Türkiyə Türkiyənin Rabitə Nazirliyinin verdiyi xəbərə istinadla bildirir ki, görüşdə Türkiyə-İngiltərə əlaqələri, Şərqi Aralıq dənizindəki proseslər, Ermənistanın Azərbaycana qarşı təxribatları və silahlı hücumu nəticəsində bölgədə yaranan gərginlik müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunaraq bildirib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından - Dağlıq Qarabağ və ətraf rayonlardan çəkilməlidir.

41
Teqlər:
Dağlıq Qarabağ, Ermənistan, Böyük Britaniya, Boris Conson, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, prezident Rəcəb Tayyib Ərdoğan, Ərdoğan
Əlaqədar
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq"