Türkiyə Silahlı Qüvvələrinin aviasiya vasitəsi

Döyüşə hazırlıq: Türkiyə Müdafiə Nazirliyi birgə təlimlərin görüntüsünü yaydı

31
(Yenilənib 20:33 30.07.2020)
İyulun 29-da başlayıb. Quru qoşunlarının iştirakı ilə keçirilən təlimlər 1-5 avqust tarixində Bakı və Naxçıvanda, hərbi aviasiyanın cəlb edilməsi ilə keçiriləcək təlimlər isə iyulun 29-dan iyulun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda baş tutacaq.

BAKI, 30 iyul – Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter”dəki mikrobloqunda Azərbaycanda keçirilən geniş miqyaslı hərbi təlimlərin ilk kadrlarını yerləşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda yazılıb: “Bir millət, iki dövlət! Aviasiya və quru qoşunların iştirakı ilə Bakı və Naxçıvanda eyni zamanda Azərbaycan və Türkiyə hərbçilərinin təlimi davam edir”.

​Qeyd edək ki, iyulun 29-da başlayıb. Quru qoşunlarının iştirakı ilə keçirilən təlimlər 1-5 avqust tarixində Bakı və Naxçıvanda, hərbi aviasiyanın cəlb edilməsi ilə keçiriləcək təlimlər isə iyulun 29-dan iyulun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda baş tutacaq.

31
Tikinti işləri, arxiv şəkli

Tikintidə istifadə olunan kranlarla bağlı ekspertiza aparılmalıdır - FHN

12
(Yenilənib 11:04 19.09.2020)
Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməlidir.

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Hündürmərtəbəli yaşayış binasının inşasında istismar olunan yükqaldırıcı kranların təhlükəsiz istismarını təmin etmək birbaşa tikinti işləri aparan şirkətin vəzifələrinə aiddir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib:

"Hündürmərtəbəli yaşayış binasının tikintisində istismar olunacaq yükqaldırıcı kran bu sahə üzrə ixtisaslaşmış və lisenziyası olan müəssisə tərəfindən quraşdırılmalı, sonra tam texniki sınaq aparılaraq quraşdırma aktı ilə birlikdə sifarişçiyə təhvil verilməlidir. Kranın təhlükəsiz istismarını təmin etmək məqsədilə tikinti şirkəti tərəfindən kranın texniki sazlığına və təhlükəsiz istismarına mühəndis texniki işçilərdən cavabdeh şəxslər təyin edilməli və ya tikinti şirkəti ilə kranlara servis xidməti göstərmək üçün ixtisaslaşmış texniki bazaya və lisenziyaya malik üçünçu bir tərəflə müqavilə bağlanmalıdır. İstismarda olan qülləli kran texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir.

Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməli, tikinti meydançasında yüklərin yerlərinin dəyişdirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi üçün tikinti şirkəti tərəfindən iş icra layihəsi tərtib olunmalıdır. Qeyd edək ki, kranın texniki təhlükəsizlik sertifikatının alınması üçün ekspert rəyi vermək səlahiyyəti olan lisenziyalı təşkilat tərəfindən ekspertiza işləri aparılmalı və texniki təhlükəsizlik sertifikatı alınması üçün FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə təqdim olunmalıdır".

12
Политолог Арзу Нагиев

Millət vəkili: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etməkdədir”

1
(Yenilənib 10:18 19.09.2020)
Milli Məclisin deputatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Arzu Nağıyev deyir ki, komissiyanın ilk iclasında korrupsiya ilə mübarizə çərçivəsində beynəlxalq təşkilatlarda təmsilçilik məsələsi müzakirə edilib
Arzu Nağıyev: “İlk iclasın məqsədi sədrin seçilməsi idi”

Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

Milli Məclisin deputatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, komissiyanın sentyabrın 15-də keçirilən ilk iclasının məqsədi sədrin seçilməsi idi:

“İclas ərzində komissiya üzvləri öz istiqamətlərinə uyğun olaraq çıxışlar etdilər. Eyni zamanda korrupsiya ilə mübarizə çərçivəsində beynəlxalq təşkilatlarda təmsilçilik məsələsi müzakirə edildi. Prezident İlham Əliyevin apardığı islahatlar və korrupsiya ilə mübarizə məsələləri iclasda öz əksini tapdı. Bu gün də Azərbaycanda korrupsiyaya qarşı mübarizə davam etməkdədir”.

Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

1
Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə

"Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır" - Müdafiə naziri

0
Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

0