Azərbaycanlıların Orduya dəstək aksiyası, arxiv şəkli

Kaliforniya qubernatoru Los Ancelesdə azərbaycanlılara qarşı vəhşiliyi pisləyib

8
(Yenilənib 10:24 29.07.2020)
Eleni Kunalakis açıqlamada Baş Konsulluğun qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Kaliforniya vitse-qubernatoru Eleni Kunalakis 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Kunalakis açıqlamada Baş Konsulluğun qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib. O, hər kəsin öz fikrini ifadə etmək azadlığına sahib olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməz olduğunu vurğulayıb.

​Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev E.Kunalakisə sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.

Qeyd edək ki, erməni daşnaklarının Los Ancelesdəki bu zorakılığından sonra baş konsul N.Ağayev bir sıra yerli rəsmiləri bu haqda dərhal məlumatlandıraraq, onları bu zorakılığı pisləməyə çağırmışdı.

2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E.Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb.

8
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib

Gecə döyüşü: Ermənistan ordusunun hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib

229
(Yenilənib 01:43 01.10.2020)
Müdafiə Nazirliyi: Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv e

BAKI, 1 oktyabr — Sputnik. Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bir qədər əvvəl MN sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək Ermənistan ordusunun cəbhə bölgəsindəki ümumi itkilərini açıqlayıb. Bu itkilərə 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi daxildir.

229
Teqlər:
hərbi qüvvələr, Ermənistan, Müdafiə Nazirıiyi
Əlaqədar
Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO
Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Ermənistan ordusunun son üç gündə məhv edilmiş döyüş texnikasının siyahısı açıqlandı
Tonaşendə düşmənin iki tankı məhv edilib

Ermənistan ordusunun son üç gündə məhv edilmiş döyüş texnikasının siyahısı açıqlandı

128
(Yenilənib 00:56 01.10.2020)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun sentyabrın 27-dən 30-dək verdiyi itkiləri açıqladı.

BAKI, 1 oktyabr — Sputnik. Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək Ermənistan ordusu canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib, həmçinin cəbhə boyunca tutduqları mövqelərdən, ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, son üç gündə düşmənin ümumi itkiləri bunlardır:

- 200-dək tank və digər zirehli texnika;

- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 30 ədəd hava hücumundan müdafiə vasitələri;

- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 5 silah-sursat anbarı;

- 110-dan artıq avtomobil texnikası;

- 1 ədəd "S-300" zenit-raket kompleksi.

128
Teqlər:
artilleriya qurğusu, "S-300" zenit-raket kompleksləri, tank, hərbi texnika, döyüş texnikası, hərbi, silahlar, silah, Ermənistan, Ermənistan ordusu, Azərbaycan Müdafiə Nazirliyi
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron