Daha bir hərbçimiz şəhid olub, Ermənistanın 20 hərbçisi məhv edilib

© Photo : APAŞəhid məzarı. Arxiv şəkli
Şəhid məzarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

BAKI, 16 iyul – Sputnik. İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırki vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Bölmələrimiz qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

Xəbər lenti
0