Prezident: "Azərbaycan öz dövlət sərhədini qorudu"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan saxta məlumat uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir.

BAKI, 13 iyul — Sputnik. "Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Ermənistan saxta məlumat uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki təxribat bu çirkin siyasətin növbəti təzahürüdür. Hesab edirəm ki, bu təxribatın digər səbəbi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasıdır"- deyə dövlət başçısı çıxışına əlavə edib.

Prezident bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı:

"Azərbaycan öz dövlət sərhədini qorudu".

Военнослужащий Азербайджанской армии, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var

Dövlət başçısı bildirib ki, Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib.

"Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir" - İlham Əliyev deyib.

Onun sözlərinə görə, digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur: "Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq".

Xəbər lenti
0