Azərbaycan əsgəri postda

Cəbhədə atəşkəsin pozulması intensivliyi kəskin artıb

9
Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

BAKI, 2 iyul – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Acarlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

9
Bank işçiləri, arxiv şəkli

Əhalinin banklardakı əmanətləri azalıb

2
(Yenilənib 21:24 27.10.2020)
Əhalinin banklardakı əmanətləri son bir ayda 40,2 milyon manat, ilin əvvəli ilə müqayisədə 803,7 milyon manat azalıb

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 834,2 milyon manat təşkil edib.

Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 40,2 milyon manat (0,5%), ilin əvvəli ilə müqayisədə 803,7 milyon manat (9,3%) azalıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 771,1 milyon manat (9%) azalma deməkdir.

2
Tibbi sığorta

Əmək Məcəlləsinə tibbi sığorta ilə bağlı yeni maddə əlavə edilir

7
(Yenilənib 20:33 27.10.2020)
Əmək Məcəlləsinə yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək Məcəlləsinə yeni maddənin - "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

7
Əlaqədar
Gözünüz arxada qalmasın: Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək
Tikinti meydançaları ölüm bazasına çevrilib, işçinin həyatı heç kəsi maraqlandırmır
Uşaq evindən ailələrə - yüksək müavinətlərin sirri açıqlandı
Nazirlik kimlərin cərimələri ödəməkdən azad ediləcəyini açıqladı