Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi

Ordumuzun Naxçıvan təlimi başa çatdı - VİDEO

8
(Yenilənib 17:47 23.05.2020)
Təlimin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.

BAKI, 23 may – Sputnik. Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə keçirilən iki tərəfli komanda-qərargah təlimi başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, təlimin planına əsasən qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilib.

Təlimin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.

  • Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi
    © AR Ministry of Defense
  • Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi
    © AR Ministry of Defense
  • Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi
    © AR Ministry of Defense
1 / 3
© AR Ministry of Defense
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi

Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüter dəstəkli təlimdə qiymətləndirilib.

Təlimin sonunda fəaliyyətlərin təhlili aparılan zaman komandir və qərargahların döyüşün planlaşdırılması üzrə idarəetmə vərdişlərinin təkmilləşdirildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində isə müvafiq tapşırıqlar verilib.

8
UNEC-in professoru Elnur Sadıqov

Professor rəqəmsal iqtisadiyyatın önəmini şərh edir

3
(Yenilənib 10:04 26.05.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, son dövrlər baş verənlər rəqəmsallaşmanın təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə sektorunda tətbiqinin zəruriliyini göstərdi
Elnur Sadıqov: “İnsanların məsafədən xidmətlərdən yararlanması önəmlidir”

“Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur”. Bu fikirləri mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Signify" (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycan rəqəmsal iqtisadiyyat modelinə keçib:

“Son dövrlər baş verənlər rəqəmsallaşmanın təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə sektorunda tətbiqinin zəruriliyini göstərdi. Bu gün insanların məsafədən xidmətlərdən yararlanması önəmlidir. Bu baxımdan Azərbaycan qısa müddət ərzində xidmətləri təkmilləşdirməyi və xidmətlərin fasiləsizliyini təmin etməyi bacarıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Əlaqədar
Prezident İlham Əliyev: "Müasir, qabaqlayıcı vasitələrə ehtiyacımız var"
Rövnəq Abdullayev: “Rəqəmsallaşma strateji inkişaf planımızda 2-ci yerdə dayanır”
Azərbaycanda rəqəmsal texnologiyanın inkişafına nə mane olur- IT mütəxəssisi danışır
ABŞ-Çin münasibətlərinin gərginləşməsi dünya üçün nə vəd edir – politoloq rəyi
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar

Səhəri dəhşətli qəza xəbəri ilə açdıq: 5 ölü

68
(Yenilənib 09:40 26.05.2020)
Müşfiqabad qəsəbəsi ərasində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

BAKI, 26 may – Sputnik. Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

68
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Dünyada koronavirusa yoluxanlarla bağlı son statistika

0
(Yenilənib 11:05 26.05.2020)
Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 706 226), ölüm (99 805 nəfər) və sağalma (464 670 nəfər) ABŞ-da müşahidə olunur.

BAKI, 26 may – Sputnik. Dünyada 5 590 358 nəfər koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onlayn statistikada qeyd edilir.

Virusa yoluxan 347 907 nəfərin öldüyü, 2 366 574 nəfərin sağaldığı bildirilir.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 706 226), ölüm (99 805 nəfər) və sağalma (464 670 nəfər) ABŞ-da müşahidə olunur.

Azərbaycanın sərhəd qonşusu olan Rusiya 353 427 yoluxma ilə üçüncü sırada qərarlaşıb. Bu ölkədə koronavirusdan 3 633 nəfər ölüb, 118 798 nəfər sağalıb.

Türkiyə dünya dövlətləri arasında 157 814 yoluxma ilə doqquzuncu, İran 137 724 yoluxma ilə 11-ci sıradadır.

Ermənistanda koronavirus 7 113, Gürcüstanda 731 nəfərdə aşkar edilib.

Həmsərhəd qonşularımız arasında virusdan ən çox ölüm faktı Türkiyədə (4 369 nəfər) qeydə alınıb.

Ölkəmizdə koronavirusa indiyə qədər 4 271 nəfər yoluxub. Virusdan 51 nəfər ölüb, 2 741 nəfər sağalıb.

 

0