CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək

© AP Photo / J. David AkeABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan hökuməti tərəfindən təhrifə yol verən ölkələrlə əlaqə saxlanılaraq etiraz edilir və yol verilən təhrif aradan qaldırılır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. "Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə toxunarkən qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, Azərbaycan hökuməti tərəfindən təhrifə yol verən ölkələrlə əlaqə saxlanılaraq etiraz edilir və yol verilən təhrif aradan qaldırılır: "Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyəti etiraz məktubu göndərilməsi nəzərdə tutulub".

Xəbər lenti
0