Məmur, arxiv şəkli

Tuthatutdur - Azərbaycanda vəzifəli şəxslər saxlanıldı

61
(Yenilənib 14:53 01.05.2020)
Bəzi İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

BAKI, 1 may — Sputnik. Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılmışdır.

Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilmişdir. Belə ki, M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər.

Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanmışdır.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi"nə məlumat vermələrini xahiş edir.

61
Bakıda üzərində Qarabağ Azərbaycandır! yazısı olan avtobus

BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı

10
Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

BAKI, 22 oktyabr — Sputnik. Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək xalqımıza qələbə sevinci bəxş edən şanlı Ordumuza dəstək məqsədilə paytaxtın ictimai nəqliyyat vasitələri və infrastrukturu da vətənpərvərlik ruhunda bəzədilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, küçə və prospektlərdəki elektron lövhələrdə dövlət başçısının tarixə düşən ifadəsi "Qarabağ Azərbaycandır!" sözləri, həmçinin Bakıdan hazırda işğalda olan, eləcə də rəşadətli Ordumuzun azad etdiyi şəhər və rayonlara olan məsafəni bildirən məlumatlar əks olunub: "Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarındakı elektron tablolarda da "Qarabağ Azərbaycandır!" və "Qələbə bizimlədir!" şüarları yazılıb. Vətənpərvərlik əhval ruhiyyəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində daha aydın hiss olunmaqdadır. Bayraqlarla bəzədilən mərkəzin "Qarabağ" gözləmə zalının üzərində ölkəmizin xəritəsi və "Qarabağ Azərbaycandır!" sözləri qeyd olunub. Buradakı monitorlarda isə Müdafiə Nazirliyinin Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrlə bağlı təqdim etdiyi videoçarx nümayiş olunur".

Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan bayrağı, arxiv şəkli

Döyüş iştirakçıları arasında təbliğat təşviqat işləri davam edir VİDEO

9
(Yenilənib 12:58 22.10.2020)
Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

BAKI, 22 oktyabr — Sputnik. Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.

Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:08 / 17.65Mb / просмотров видео: 125)

Ermənistan silahlı qüvvələrinin ələ keçirilən növbəti hərbi texnikalarının görüntüsü

14
Ermənistan silahlı qüvvələrinin hissə və bölmələri geri çəkildikləri mövqelərdə hərbi texnikaları atıblar.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.

Bu gün səhər Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

 

14
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə