DTX-nın binası, arxiv şəkli

Biləsuvarın icra başçısının həbsi ilə bağlı gözlənilən məlumat yayıldı - RƏSMİ

842
(Yenilənib 12:48 01.05.2020)
Mahir Quliyevin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsinə dair əsaslı şübhələr müəyyən olunub.

BAKI, 1 may - Sputnik. Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

DTX-nin əməkdaşları, arxiv şəkli
© Photo : State Security Service of the Republic of Azerbaijan

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.

842

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi

1
(Yenilənib 19:21 20.10.2020)
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

1
Əlaqədar
MN: Ermənistana məxsus taktiki PUA Tovuz üzərində məhv edildi
Qarşı tərəfə məxsus daha bir PUA məhv edilib
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
“Professor Gül” gəmi-bərəsi, arxiv şəkli

Bakı limanında gəmilər sevinc fiti verdilər

4
Bakı portundakı gəmilər Zəngilanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

BAKI, 20 oktyabr — Sputnik. Bakı portundakı gəmilər Zəngilan şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

4
Əlaqədar
İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Ali Baş Komandan: Zəngilan bizimdir!