Çaykənd kəndində duman, arxiv şəkli

Ölkə ərazisindəki faktiki hava açıqlandı

10
(Yenilənib 16:37 17.03.2020)
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 15, Daşkəsəndə 14, Şahdağda 9, Xınalıqda 6, Göygöldə 3, Gədəbəydə 2, Altıağac, Xaltan, Kişçayda (Şəki) 1 sm-ə çatıb.

BAKI, 17 mart — Sputnik. Bu gün gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən yağıntının miqdarı Bakıda 0.4, Sumqayıtda 0.3, Zabrat, Maştağada 0.1, Astara, Lənkəranda 9, Yardımlıda 4, Biləsuvar, Lerikdə 1, Balakəndə 34, Zaqatalada 31, Sarıbaşda (Qax) 26, Şəkidə 21, Qəbələdə 19, Oğuzda 16, Kişçayda (Şəki) 13, Şamaxıda 8, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Xınalıqda 2, Xaçmaz, Şahdağda 1, Mingəçevirdə 12, Göyçayda 8, Kürdəmirdə 7, Bərdədə 6, Yevlaxda 4, Zərdab, Beyləqanda 3, Sabirabadda 2, Ceyrançöl, Cəfərxan, Ağsu, Qazıməmməddə 1, Ağdam, Gəncə, Tərtər, Naftalanda 6, Şəmkirdə 3, Tovuzda 2, Göygöldə 14, Daşkəsən, Gədəbəydə 12, Sədərəkdə 5, Naxçıvanda 4, Şahbuz, Ağdərədə 3, Şərur, Ordubadda 1 mm olub.

Sumqayıt, Göygöl, Naftalan, Qrız, Tərtər, Bərdə, Qəbələ, Göyçay, Lerikdə duman müşahidə olunub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 15, Daşkəsəndə 14, Şahdağda 9, Xınalıqda 6, Göygöldə 3, Gədəbəydə 2, Altıağac, Xaltan, Kişçayda (Şəki) 1 sm-ə çatıb.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Maştağa və Naftalanda 30 m/s, Bakıda 29 m/s, Neftçalada 26 m/s, Salyanda 25 m/s, Pirallahı və Sumqayıtda 24 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Xaçmazda 16 m/s, Ağstafa və Zabratda 20 m/s, Çilov adası və Neft Daşlarında 25 m/s-dək güclənib.

10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

13
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

13
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

37
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

37