CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan dünyanın ən nüfuzlu ölkələri sırasında – Yeni REYTİNQ

© Sputnik / Murad OrujovБакинская бухта
Бакинская бухта - Sputnik Azərbaycan
Abunə olmaq
Reytinqdə ilk pilləni ABŞ tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Rusiya və Çin qərarlaşıb

BAKI, 16 dekabr — Sputnik. Azərbaycan dünyanın ən nüfuzlu 45-ci ölkəsi olub.

Sputnik Azərbaycan xəbər verir ki "U.S. News" nəşrinin "BAV Group" və Pensilvaniya Universitetinin "Wharton School" analitikləri tərəfindən hazırlanan reytinqdə ümumilikdə 80 ölkə yer alıb.

Azərbaycan bu reytinqdə ötən illə müqayisədə mövqeyini dəyişməyib.

Reytinqdə ilk pilləni ABŞ tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Rusiya və Çin qərarlaşıblar.

Azərbaycandan başqa, Cənubi Qafqaz ölkələrindən nə Ermənistan, nə də Gürcüstan reytinqdə yer alıblar.

Qonşu ölkələrdən reytinqdə İran (13-cü yer) və Türkiyə (16-cı yer) yer alıb. Maraqlıdır ki,  ötən illə müqayisədə İran reytinqdə mövqeyini qoruya bilsə də, Türkiyə 2018-ci illə müqayisədə 2 pillə geriləyib.

Reytinq tərtib edilərkən bir sıra amillər - iqtisadiyyat, hərbi güc, siyasi təsir, dünya liderliyi, habelə beynəlxalq alyanslara üzvlük və iştirak nəzərə alınıb, həmçinin dünyanın dörd müxtəlif regionunda 20 mindən çox şəxs arasında rəy sorğusu aparılıb.

Xəbər lenti
0