Milli Məclis

Milli Məclisin son iclasının tarixi məlum oldu

653
(Yenilənib 14:06 02.12.2019)
Layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

BAKI, 2 dekabr - Sputnik. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Sabah isə V çağırış üçün Milli Məclisin sonuncu plenar iclası keçirilə bilər.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, yarımçıq qalan layihələr var ki, onlar sabah keçiriləcək plenar iclasda müzakirə olunacaq.

653