Азербайджанский Милли Меджлис

Həmin gün yetişdi - Milli Məclis Prezidentə müraciətə baxacaq

62
(Yenilənib 10:49 02.12.2019)
Parlamentdə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciətə baxılacaq.

BAKI, 2 dekabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə bir məsələ təklif edilib.

Təklif Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədədir.

Qeyd edək ki, Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları V çağırış parlamentin buraxılması üçün prezidentə müraciət ediblər. O.Əsədov bildirib ki, bununla bağlı Milli Məclis dekabrın 2-də plenar iclasını keçirəcək: "Bu təşəbbüsə mən də dəstək vermişəm. Müzakirələr dekabrın 2-də baş tutacaq".

Noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

62