CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü əsl istirahət havası olacaq

© Sputnik / Murad OrujovСквер на проспекте Гусейна Джавида в Баку
Сквер на проспекте Гусейна Джавида в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.

BAKI, 30 noyabr — Sputnik. Dekabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

Sputnik Azərbaycan Ekolgoiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinə istinadla xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10°, gündüz 12-15° isti, Bakıda gecə 8-10°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.

Xəbər lenti
0