Manat, arxiv şəkli

Gələn ilin dövlət büdcəsi təsdiq edildi

26
(Yenilənib 14:20 29.11.2019)
"Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" və büdcə zərfinə daxil olan digər sənədlər üçüncü oxunuşda qəbul olunub.

BAKI, 29 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" və büdcə zərfinə daxil olan digər sənədlər üçüncü oxunuşda qəbul edilib.

26

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

8
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

25
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

25
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə