Rusiya Federasiya Şurasının Sədri Valentina Matviyenko

"Azərbaycan" pavilyonunun açılması ölkələrimiz arasında dostluğun rəmzidir - Matviyenko

42
(Yenilənib 19:05 23.11.2019)
Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, pavilyonun işi, orada keçiriləcək sərgilər iki ölkə arasında dost münasibətlərinin bundan sonra da möhkləmlənməsinə xidmət edəcək

BAKI, 23 noyabr — Sputnik. Rusiya Federasiya Şurasının Sədri Valentina Matviyenko və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) ərazisində yerləşən "Azərbaycan" pavilyonunun açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Federasiya Şurasının mətbuat xidmətinə istinadən bildirir ki, tədbir X Rusiya-Azərbaycan Regionlararası forum çərçivəsində baş tutub.

Təntənəli mərasimdə eləcə də Moskva merinin müavini Natalya Serqunina, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.

© Press service of the Federation Council of the Federal Assembly of the Russian Federation
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva XTNS ərazisində yerləşən "Azərbaycan" pavilyonunun açılış mərasimində

Valentina Matviyenko vurğulayıb ki, Azərbaycanın Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsi, əməkdaşlığın, xüsusilə humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük işlər görürlər: "Biz bunu yüksək qiymətləndiririk". 

Şura rəhbəri bildirib ki, bu gün açılan pavilyon XTNS ilə yaşıddır. O, düz 80 il əvvəl, 1939-cu ildə görkəmli azərbaycanlı memarların layihəsi əsasında inşa olunub. Binanın dizaynında ənənəvi ornament kompozisiyaları, dekorativ şəbəkələr və rəngarəng freskalardan istifadə olunub.  Ancaq vaxt keçdikcə meyllər və zövqlər də dəyişib, buna görə də 1960-cı illərdə pavilyon ciddi dəyişikliklərə uğrayıb.

"Beş il əvvəl "Azərbaycan" pavilyonunun əvvəlki tarixi görkəmini bərpa etmək barədə razılaşma əldə edildi. 2016-cı ildə pavilyon Azərbaycan tərəfinə verildi", - FŞ Sədri bildirib. O əlavə edib ki, qısa müddət ərzində hər iki ölkənin ən yaxşı ustaları bərpa işlərini keyfiyyətlə başa çatdırıblar.
© Sputnik / Ilya Pitalev
"Azərbaycan" pavilyonu

"Bərpa üzrə bütün işlər Azərbaycanın ilk prezidenti Heydər Əliyevin adını daşıyan, Mehriban Arif qızının rəhbərlik etdiyi Fondun rəhbərliyi altında aparılıb", - deyən Valentina Matviyenko vurğulayıb ki, Rusiyada Azərbaycanın birinci Prezidentini böyük hörmətlə yad edirlər.

FŞ sədri Moskva meri Sergey Sobyaninə pavilyonun bərpası zamanı təşkilati məsələlərin həllində şəxsən iştirak etdiyinə görə təşəkkürünü bildirib. O, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya da minnətdarlıq edib.

  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
  • "Azərbaycan" pavilyonu
    © Sputnik / Ilya Pitalev
1 / 9
© Sputnik / Ilya Pitalev
"Azərbaycan" pavilyonu

"Pavilyonun açılışı - ölkələrimiz arasında dostluğun möhkəmlənməsinin rəmzidir", - FŞ Sədri deyib və pavilyonun Azərbaycan Respublikasının Moskvada qeyri-formal mədəni nümayəndəlik statusunu qazanacağına əmin olduğunu bildirib. Burada hər kəs Azərbaycan xalqının qədim tarixi və zəngin ənənələri, eləcə də müasir dövrün nailiyyətləri barədə məlumat əldə edə biləcək.

Valentina Matviyenkonun sözlərinə görə, bu hadisə 2020-ci il üçün planlaşdırılan Rusiya Federasiyasında Azərbaycan Mədəniyyəti Günləri üçün yaxşı zəmindir: "Əminəm ki, həmin tədbir də böyük uğurla keçəcək".

Mərasimdə Mehriban Əliyeva Rusiya Federasiyasının və Moskva şəhərinin rəhbərliyinə Azərbaycan tərəfinə milli pavilyonun bərpasında iştirak etməyə imkan yaratdıqlarına görə minnətdarlığını bildirib. O, həmçinin pavilyonun bərpasında əməyi keçən hər kəsə təşəkkür edib.

© Press service of the Federation Council of the Federal Assembly of the Russian Federation
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, pavilyonun işi, orada keçiriləcək sərgilər iki ölkə arasında dost münasibətlərinin bundan sonra da möhkləmlənməsinə xidmət edəcək.

Tədbir iştirakçıları pavilyonun fasadında görülən işlərlə tanış olub, binadakı ekspozisiyanı, zalları və kitabxananı ziyarət edərək Fəxri Qonaqlar üçün Kitabda imza atıblar.

42