Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

35
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

BAKI, 17 noyabr - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində yerləşdirilib.

Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edib ki, bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür: “Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.

35