CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva da onları təbrik etdi

Abunə olmaq
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva məktəblilərə Bilik günü münasibətilə təbrik ünvanlayıb

BAKI, 15 sentyabr - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 sentyabr – Bilik Günü münasibəti ilə müəllim və şagirdləri təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrik mətni Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.

Xəbər lenti
0