Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Dövlət qurumu iki yüzdən artıq işçi axtarır

65
(Yenilənib 12:56 06.09.2019)
Nazirlik tərəfindən aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçular vakant yerlər üzrə işə qəbul ediləcəklər

BAKI, 6 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, elana əsasən, nazirlik tərəfindən aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçular vakant yerlər üzrə işə qəbul ediləcəklər.

Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər. Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

65

“Tətillərin” şok effekti: “Sədərək” TM karantindən sonra yenidən canlanır video

2
(Yenilənib 18:00 04.06.2020)
Demək olar ki, iki ay yarımlıq fasilədən sonra Bakıda ən məşhur ticarət mərkəzi olan “Sədərək” yenidən işə düşüb. Karantindən sonra onun necə canlandığını videomuzda izləyin.

Karantinin yumşaldılması çərçivəsində 31 maydan ölkə ərazisində iri ticarət mərkəzləri və molların işinin bərpa edilməsi qərarı verilib. Düzdür, bəzi məhdudiyyətlər də qoyulub. Bakıda isə fəaliyyətini martın sonundan dayandırmış “Sədərək” və “Binə” iri ticarət mərkəzlərinin işə düşməsini səbirsizliklə gözləyirdilər.

“Həmişə Təmizlikdə” – Bakıda koronavirusla bağlı total dezinfeksiya
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Açılmazdan öncə bütün ticarət sahəsində dezinfeksiya işləri aparılıb. İnsanlar həmişə olduğu kimi çoxdur, amma satıcılar alış-verişin aşağı düşdüyündən gileylənirlər. Ona görə mərkəzləşmiş təmizlik işlərindən başqa, özləri də dezinfeksiya etməyə çalışır, alıcılarına maska paylayır, bütün səylərini işin yenidən canlanmasına yönəldirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 1-dən ictimai nəqliyyat, bazar, ticarət obyektləri, dövlət idarələri və şəxsi müəssisələrdə maskaların taxılması məcburidir. Bu tələbin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməli olacaqlar.

Buna baxmayaraq, Sputnik Azərbaycan-ın müşahidələri onu göstərib ki, vətəndaşlarımızın çoxu bu məsləhətə barmaqarası baxır.

2
Azərbaycan manatı, arxiv şəkli

190 manatla bağlı Qərargahdan açıqlama

1
(Yenilənib 17:49 04.06.2020)
"Əgər statistik göstəricilər gələcəkdə də mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara da gedə bilərik" - Ramin Bayramlı

BAKI, 4 iyun — Sputnik. “190 manatlıq birdəfəlik ödəmənin yenidən verilməsi gündəmdə deyil”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Ən çox verilən suallardan biri 190 manatlıq sosial ödəmə ilə bağlıdır. Bu qərar iş yerlərinin uzunmüddətli bağlanmasına görə qəbul edilmişdi. Hazırda bütün iş yerləri fəaliyyət göstərir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil. Məhdudiyyət yalnız həftə sonlarını əhatə edir, iş günlərini deyil”, - deyə TƏBİB sədr vurğulayıb.

Ramin Bayramlı istəmədikləri situasiya barədə də məlumat verib: "Biz ilk gündən şəffaf şəkildə bütün məlumatları ictimaiyyətlə paylaşırıq. Tibb müəssisələrimiz lazımi resurslar və kadrlar ilə təmin olunub. Qarşıdakı həftə bir neçə modul xəstəxana da istifadəyə veriləcək. Prezidentin diqqət və qayğısı sayəsində müayinə və müalicə sahəsində heç bir problem yoxdur. Biz sadəcə, ilk mərhələdə olduğu kimi, həmrəylik etsək, irəlidəki günlərdə həftə sonlarında qapanmaların da şahidi olmaya bilərik. Əgər statistik göstəricilər gələcəkdə də mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara da gedə bilərik. Biz bunu istəmirik”.

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bu, ikinci dalğa deyil, sabahkı icazəni də bayram etməyin - Ramin Bayramlı
İctimai nəqliyyat iki gün işləməyəcək, şəxsi avtomobillərə qadağa qoyuldu
190 manat iyunda da veriləcəkmi? - İki bəd xəbər birdən
“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı