Ermənilərin işğal etdiyi Əsgəranda qala

Cəbhədə gecə gərgin keçib

9
(Yenilənib 10:21 25.08.2019)
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub

BAKI, 25 avqust — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Novruzlu, Mərzili, Füzuli rayonunun Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

9
Təcili yardım avtomobili, arxiv şəkli

Qəbələdə ehtiyatsızlıq azyaşlının ölümü ilə nəticələndi

2
Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub, onlardan biri dünyasın dəyişib. Dünyasın dəyişən 4 yaşlı uşaq olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Yemişanlı kəndində baş verib. Kənd sakinləri - 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyevi və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi elektirik xətlərinin kustar üsulla evlər arasında çəkilməsi olub.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

2
Yanğınsöndürənlər, arxiv şəkli

Bir gündə ikinci böyük yanğın: Bu dəfə Hacıqabulda - FOTO

82
(Yenilənib 21:57 07.08.2020)
Günün ikinci böyük yanğın xəbəri Hacıqabuldan gəldi. Bu dəfə də deyəsən SOCAR-a bağlı obyekdə insident olub.

BAKI, 7 avqust — Sputnik. Hacıqabul rayonu ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Nəvai qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Sosial şəbəkədə isə Hacıqabul ərazisində qaz kəmərində partladığı yazılır.

82