Здание Администрации президента Азербайджанской Республики

Rəsmi Bakıdan Paşinyana sərt cavab verildi

1040
Hikmət Hacıyev bildirib ki, son açıqlaması ilə Ermənistanın baş naziri özü-özünü inkar edir

BAKI, 6 avqust — Sputnik. "Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ – Ermənistandır" sözlərini qəti şəkildə rədd edirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək" - Hacıyev bəyan edib.

"Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir", - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri, həmçinin özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.

"Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ilədək inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir. Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir",- Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

1040
Almaz Ələsgərli, arxiv şəkli

Əməkdar artist efirdə erməni mahnısı oxuyub

5
(Yenilənib 15:46 14.08.2020)
Müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib

BAKI, 14 avqust — Sputnik. Əməkdar artist Almaz Ələsgərli erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi "Da zdravstvuet lyubov" adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa ediblər. Müğənni sözügedən mahnını Atv, Xəzər kanallarında ifa edib.

Qeyd edək ki, müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib. Digər bir qismi isə "sənətin vətəni olmur", "onlar bizim mahnıları oğurlayıblar, bizimkilər də onların mahnısını ifa etsinlər" kimi fikirlər səsləndiriblər.

5
Əlaqədar
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Azərbaycanlı qardaşlar Rusiya səhnəsinə qayıtdılar
Məmur, arxiv şəkli

Mədəniyyət Nazirliyində yeni təyinat - Rüfət Həsənov direktor oldu

11
(Yenilənib 15:13 14.08.2020)
Bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

 

BAKI, 14 avqust — Sputnik. Həsənov Rüfət Rauf oğlu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Sənət fəaliyyətinə ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan rejissor Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

R.Həsənov 2013-2017-ci illərdə Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

11
Əlaqədar
Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi
Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi də işlədəsən
Mədəniyyət nazirinə yeni müşavir təyin edildi
Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi