Azərbaycanlı müğənni Afaq Aslan

Afaq Aslan Avropanın ən gözəl siması ola bilər

1197
Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmək hüququ verilməyib.

BAKI, 18 iyul — Sputnik. Azərbaycanlı müğənni Afaq Aslan beynəlxalq yarışda iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz Instagram səhifəsində paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от A F A Q A S L A N 🧿🦁 (@afaqaslanofficial)

"Dəyərli izləyicilərim nəzərinizə çatdırım ki, hər il İtaliyada Beynəlxalq səviyyədə keçirilən "Miss Europa Continental" yarışmasının təşkilatçıları tərəfindən modellik yarışmasına təklif almışam. 7-ci dəfə keçiriləcək yarışmanın məqsədi İtalyada Avropanın ən gözəl xanımlarını seçməkdir. Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmək hüququ verilməyib. Lakin təşkilatın münsifləri tərəfindən bu dəfə mənə Azərbaycanı təmsil etmək üçün təklif sunulub. Təklifi çox götür-qoy edərək mənə göndərilən təkliflə tanış oldum və qarşılıqlı müqavilə imzaladıq, nəticədə rəsmi olaraq "Miss Europa Continental 2019" yarışmasının Azərbaycan təmsilçisi seçildim.

Noyabrın 19-24-ü ərəfələrində mən İtalyada Avropanın ən gözəl siması olmağı qarşıma məqsəd qoyaraq, ora üz tutacam.

Qeyd edim ki, yarışmanın qalibləri Avropanın ən öndə gedən brend şirkətləri ilə müqavilə imzalayıb, onların simaları olacaq və mən Azərbaycanı bu yarışmada təmsil edən ilk azərbaycanlı xanım olacam".

1197
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Dünyaya təəccüblənirdik, özümüz milyonu keçmişik: bu gün 38 nəfəri itirdik

2
İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

2
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
ANAMA əməkdaşları, arxiv şəkli

İşğaldan azad olunan ərazilərdə mina təhlükəsi: vaxt qayıtmaq mümkün olacaq?

5
(Yenilənib 14:00 29.11.2020)
"10 il dedikdə bu, insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən tam olaraq azad olunmadır" - ANAMA rəsmisi

BAKI, 29 noyabr - Sputnik. Tərtər-Suqovuşan yolunun yenidən qurulması, ərazilərin minalardan və partlamamış silah-sursatdan təmizlənməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib.

Onun dediyinə görə, artıq burada 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir.

İsmayılov bildirib ki, bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursat, tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km-i təmizlənib. Son 3-4 gün ərzində isə  yerdə qalan hissə təmizlənib istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat,  4500 ədəd  piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb.

"Hazırda partlamamış silah-sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə, tam olaraq bu işlərin başa çatdırılması isə 10 il müddətində nəzərdə tutulur. 10 il dedikdə bu, insanların əraziyə qayıtması deyil, bütün mina  problemlərindən tam olaraq azad olunmadır. Ucqar dağlıq ərazilərdə, əkin-otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur", - İ.İsmayılov bildirib.

5
Teqlər:
Qarabağ, əhali, təmizləmə, yol, Tərtər, Suqovuşan, ANAMA, təhlükə, işğaldan azad edilmiş ərazilər, mina
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə