Milli Məclis

Milli Məclisin növbədənkənar sonuncu plenar iclası keçirilir

66
(Yenilənib 15:51 12.07.2019)
İclasın gündəliyinə 28 məsələ daxil edilib

BAKI, 12 iyul — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasında sonuncu plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 28 məsələ daxil edilib.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Dövlət satınalmaları haqqında", "Əmək pensiyaları haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Yol hərəkəti haqqında", "Publik hüquqi şəxslər haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlarda, İnzibati Xətalar, Əmək, Miqrasiya, Su, Mənzil, Vergi məcəllələrində dəyişikliklərə baxılacaq.

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Gənclər siyasəti haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarında dəyişikliklər müzakirə ediləcək.

"Balıqçılıq haqqında", "Yeyinti məhsulları haqqında", "Taxıl haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında", "Çayçılıq haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında", "Reklam haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarında dəyişikliklər müzakirə ediləcək.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında", "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Təhsil haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" qanun layihəsinə baxılacaq.

66
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

0
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Əli qandallı qadın

Evdən oğurluq etdi, tutuldu, axtarışda olduğu üzə çıxdı

18
(Yenilənib 09:59 14.07.2020)
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb

BAKI, 14 iyul – Sputnik. Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgəroı küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

18