Nigar Camal və London aeroportunun aftafaları – Paylaşım

© Instagram / nigarjamal.officialАзербайджанская исполнительница Нигяр Джамал
Азербайджанская исполнительница Нигяр Джамал - Sputnik Azərbaycan
Abunə olmaq
“Nəsə Qüdrət yadıma düşdü. Londonun Aeroportunda - aftafulyalar...”

BAKI, 6 iyul — Sputnik. Azərbaycanı “Avroviziya” musiqi yarışmasında təmsil etmiş, tanınmış müğənni Nigar Camal öz Instagram hesabında qeyri-adi paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənninin London aeroportunun tualetində çəkdiyi şəkil böyük müzakirələrə səbəb olub. Tualetə daxil olan Nigar orada olan iki aftafanın şəklini çəkib paylaşaraq bunları yazıb: "Nəsə Qüdrət (məşhur komediya filminin personajı – red.) yadıma düşdü. Londonun Aeroportunda - aftafulyalar..."

Посмотреть эту публикацию в Instagram

Публикация от Nigar Jamal (@nigarjamal.official)

Qeyd edək ki, Nigar Camal 2005-2014-cü illərdə Londonda yaşasa da, hal-hazırda Azərbaycana köçüb. Müğənninin iki övladı isə Londonda yaşayır və təhsil alır.

Nigar Camal populyar Azərbaycan müğənnisidir. O, Eldar Qasımovla birgə “Avroviziya-2011” Mahnı Müsabiqəsinin qalibi olub.

Xəbər lenti
0