Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, arxiv şəkli

Əli Həsənov: "Dövlətin təhlükəsizliyi, milli maraqlar hər şeydən üstündür"

921
(Yenilənib 17:53 03.07.2019)
İyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur

BAKI, 3 iyul — Sputnik. Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlamasında bildirib.

Gəncə Dövlət Filarmoniyası
© Official website of President of Azerbaijan Republic

Açıqlamada deyilir: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Keçən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları senarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb. Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər. Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl "qəhrəman" kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır. Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belədirsə, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşamalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?...

İyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur. Yerli və xarici mediada dərc olunmuş materiallarda, Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orda yaşayan anti-milli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi "ad-san qazanmış" çevrələr də cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy " nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir. Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb. Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar. Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi , milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməli. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".

921
Jurnalist, arxiv şəkli

"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov

1
Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərə müraciət edib.

Sputnik Azərbaycan üraciət mətnini təqdim edir:

"Əziz və dəyərli cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər!

Çox çətin şəraitdə çalışırsınız. Həyat və sağlamlığınızla risk edirsiniz. Bu, Vətən qarşısındakı müstəsna və danılmaz xidmətinizdir. Sizə hörmət və ehtiramımızı bildiririk.

Əziz dostlar, həmkarlar, daxilinizdəki ruh yüksəkliyini və coşğunu da anlayırıq. Ancaq işinizi görərkən hərbi formada, hərbi forma rəng çalarları olan paltarlarda olmayın. Məsələ yalnız onda deyil ki, bununla özünüzü açıq hədəfə çevirirsiniz. Hərçənd bu da əsasdır. Daha bir əsas məsələ sosial şəbəkələrdəki, xüsusən "Facebook"dakı şəkillərinizdir. Ora hərbi formada, əldə silah şəkil qətiyyən qoymayın.

Yada salım ki, biz hərbi formada, əlində mikrafon, diktafon, çiynində avtomat olan erməniləri görürdük. Əsaslandırırdıq ki, onların başlarına bir iş gəlsə, ermənilər başlayacaqlar ki, Azərbaycan Ordusu jurnalistlərə atəş açıb.

Allah eləməsin ki, başınıza bir iş gəlsin. Canınızı sağ və sağlam olsun. Gün o gün olsun ki, hər biriniz tam qələbə xəbərlərinin müjdəçisi olasınız. Amma müharibədir, hər şey mümkündür. Müharibənin ağırlığını sizlərə izah etməyə heç ehtiyac yoxdur. Hər gün görür və yaşayırsınız...

Uzun sözün qısası, sizlərlə bağlı hansısa hadisəni beynəlxalq media ictimaiyyətinin diqqətinə çatdıranda, xarici həmkarlarımızın etdikləri ilk iş açıb "Facebook"da sizinlə maraqlanmaq olur. Bu halda qarşılarında hərbi formalı adam çıxanda məsələni diqqətə çatdıranlara, yəni bizə münasibətləri heç də yaxşı olmur. İlk təəssürat çox çox önəmlidir. Prinsipial olaraq gördüklərinə inanırlar. Belədə qaldırılan haqlı problem əhəmiyyətini itirir.

Üstəlik onu da nəzərə alın ki, Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər. Hər vasitəyə əl atırlar. Cəbhə bölgəsində olan jurnalistin hərbi formadakı şəklindən gözəl sübut isə yoxdur. Bunu mütləq qaydada nəzərə almağınızı xahiş edirəm.

Hər birinizə bol-bol uğurlar və cansağlığı arzulayıram!"

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

11
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

11