Dövlət saytlarından birinə baxan qız, arxiv şəkli

Azərbaycanın ən populyar dövlət saytlarının reytinqi açıqlanıb

724
(Yenilənib 18:40 03.07.2019)
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi 2019-cu ilin ilk yarımili ərzində ən çox ziyarət edilən milli domenlərin top onluğunu açıqlayıb.

BAKI, 3 iyul — Sputnik. Azərbaycanın dövlət strukturlarının saytlarının reytinqi açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi 2019-cu ilin ilk yarımili ərzində ən çox ziyarət edilən milli domenlərin top onluğunu açıqlayıb.

Məlumatda 2019-cu ilin 1-ci yarımili üzrə dövlət orqanlarının rəsmi internet resursunlarından ən çox hansı domenlərə istifadəçi müraciətləri qeydə alındığı bildirilib. Burada saytlar toplam giriş sayına və unikal giriş sayına görə sistemləşdirilib. Toplam giriş sayına görə, bu siyahıya Dövlət İmtahan Mərkəzinin rəsmi informasiya resursları olan tqdk.gov.az və dim.gov.az saytları başçılıq edir. Qeyd etmək lazımdır ki, bu, ölkədə buraxılış və qəbul imtahanlarının keçirilməsi və bu prosesin 2019-2010-ci dərs ilinin başlanğıcına qədər uzadılmasıdır.

Reytinqdə üçüncü yeri Vergilər Nazirliyinin taxes.gov.az saytı tutub. Bunun da səbəbi başa düşüləndir. Çünki bütün sahibkarlar öz maliyyə hesabatlarını bu nazirliyin elektron resursu vasitəsilə verir və vergi əməliyyatlarını buradan izləyirlər.

Reytinqdə sonrakı yerləri Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, "İdman Azərbaycan" dövlət televiziyasının, Dövlət Miqrasiya Xidmətinin, Müdafiə Nazirliyinin saytları tutub. Siyahıda top-10-luq Fövqəladə Hallar Nazirliyinin saytı ilə tamamlanıb.

Unikal giriş sayına görə reytinqə də DİM-in saytları (tqdk.gov.az və dim.gov.az) başçılıq edir. Burada 3-cü yerdə Təhsil Nazirliyinin edu.gov.az saytı qərarlaşıb. Unikal giriş sayına görə 4-cü yeri milli aviasiya şirkətinin saytı azal.az tutub. DİN-in mia.gov.az saytı bu sırada 5-ci, idmantv.az 6-cı olub. Vergilər Nazirliyinin saytı (taxes.gov.az) unikal giriş sayında 7-ci yerdə qərarlaşıb. Sonrakı yerlərdə onu Müdafiə Nazirliyinin (mod.gov.az), Xarici İşlər Nazirliyinin (mfa.gov.az) və Dövlət Gömrük Komitəsinin (customs.gov.az) saytları izləyir.

Hesabat müddətində ən çox ziyarət edilən yerli icra hakimiyyəti orqanlarının rəsmi internet resursunları da qeyd olunub. Toplam giriş sayına görə, Binəqədi, Nəsimi, Sabunçu, Qazax rayonları və Bakı şəhər İcra hakimiyyətin domenlərinə istifadəçi müraciətləri çox olub. Unikal giriş sayına görə isə Binəqədi, Qazax, Qəbələ, laçın və Xətai rayonlarınını icra hakmiyyətilərinin internet resursları ilk beşliyə daxil olub.

Azərbaycanın dövlət orqanlarının rəsmi internet resursunlarına ən çox bu regionlar və ölkələrdən istifadəçi müraciətləri qeydə alınıb: Azərbaycan, Avropa, ABŞ, Rusiya Federasiyası, Almaniya, Fransa, Türkiyə, İngiltərə, Estoniya, Ukrayna.

724