Müdafiə Nazirliyi

Dağlıq Qarabağda keçirilən təlimlərlə bağlı yalan üzə çıxdı - VİDEO

53
(Yenilənib 17:48 18.06.2019)
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır

BAKI, 18 iyun - Sputnik.  "İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar", - deyə, nazirlikdən bildirilib.

53
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

0
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Əli qandallı qadın

Evdən oğurluq etdi, tutuldu, axtarışda olduğu üzə çıxdı

25
(Yenilənib 09:59 14.07.2020)
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb

BAKI, 14 iyul – Sputnik. Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgəroı küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

25