Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycan XİN-dən "futbol parodiya" açıqlaması

64
Azərbaycan XİN: İşğal olunmuş ərazilərimizdə keçirilən oyunlar futbolun parodiyasından başqa bir şey deyil

BAKI, 2 iyun - Sputnik. Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.

“Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə “qarlar ölkəsi” ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.

64