Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb

Ordumuzun təlimləri davam edir - VİDEO

50
(Yenilənib 14:17 22.05.2019)
Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb

BAKI, 22 may — Sputnik. Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

  • Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb
    Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb
    © AR Ministry of Defense

1 / 5
© AR Ministry of Defense
Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb

Müxtəlif məntəqələrdə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin ideoloji və mənəvi-psixoloji hazırlığı həyata keçirilir, onlara psixoloji yardım göstərilir, o cümlədən hərbi qulluqçulara beynəlxalq humanitar hüquq mövzusunda ilkin biliklər verilir.

Fəaliyyət göstərən səhra tibb məntəqəsində təcili və davamlı tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi, təxliyə və digər tibbi tədbirlər praktiki icra olunur.

Xatıladaq ki, Azərbaycan Ordusu mayın 20-dən etibarən genişmiqyaslı təlimlərə başlayıb. Proses mayın 24-dək davam edəcək.

50
Teqlər:
hərbi qulluqçu, şəxsi heyət, əməliyyat, təlim
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Dalğalar

Xəzərdə dalğaların hündürlüyü 5 metrə çatıb - Faktiki hava

4
(Yenilənib 12:06 04.08.2020)
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

BAKI, 4 iyul – Sputnik. Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 4-ü  səhərədək olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

4