Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

"Əgər "A" deyilirsə, "B" deyilməlidir" Rəsmi Bakıdan Yerevana sərt cavab

49
XİN: "Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir"

BAKI, 12 aprel — Sputnik. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

Sputnik Azərbaycan bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir:

"Əgər "A" deyilirsə, "B" də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur".

49