Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Azərbaycandan Ermənistana sərt cavab: Ordumuz sülhə yox, müharibəyə hazırdır

6052
(Yenilənib 14:33 08.04.2019)
Müdafiə Nazirliyi: Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir

BAKI, 8 aprel — Sputnik. "Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən deyib.

"Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir. Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır" - o bildirib.

Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər: "İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır".

Xatırladaq ki, Tonoyan ölkəsinin müharibə istəmədiyini açıqlayıb: "Biz müharibə arzulamırıq, Azərbaycan rəhbərliyi isə öz ordusunu sülhə hazırlamalıdır".

6052
Teqlər:
müharibə, sülh, ordu, Ermənistan, Azərbaycan
Əlaqədar
Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb
"Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq" – MÜSAHİBƏ
Paşinyanın xanımından sensasion açıqlama: "Əsgərlərimiz mənasız yerə Qarabağda ölüblər"