Bakıda veloyürüş, arxiv şəkli

Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib

30
(Yenilənib 18:16 07.04.2019)
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Fordövsi Əliyev, vergilər nazirinin müavini Sahib Ələkbərov veloyürüşdə iştirak ediblər

BAKI, 7 aprel - Sputnik. Umumdünya Sağlamlıq günü ilə əlaqədar 7 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti veloyürüş baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, Bakıda, Veloparkda “Az avtomobil, çox həyat” devizi altında keçirilən veloyürüşdə Ekologiya və təbii sərvətlər nazirinin müavini Fordövsi Əliyev tədbir iştirakçılarını salamlayıb və ətraf mühitin sağlamlaşdırılması, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə təşkil olunan aksiyada ETSN-nin adından bütün iştiralçılara minnətdarlıq bildirib. Sonra yürüşə start verilib.

 

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Fordövsi Əliyev, vergilər nazirinin müavini Sahib Ələkbərovun da iştirak etdiyi veloyürüş Umumdünya Sağlamlıq günü ilə əlaqədar Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil edilib. 

Veloyürüşdə həmçinin Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edib.

30