Gənc azərbaycanlı müğənni Moskvada moda bomondunu valeh edib

© Instagram / fidanhuseynova_officialПредставительница Азербайджана на детском международном конкурсе "Евровидение -2018" Фидан Гусейнова
Представительница Азербайджана на детском международном конкурсе Евровидение -2018 Фидан Гусейнова - Sputnik Azərbaycan
Abunə olmaq
Fidan Hüseynova prezident təqaüdçüsü, bir sıra beynəlxalq müsabiqələrin iştirakçısıdır

BAKI, 3 aprel — Sputnik. "Avroviziya-2018" uşaq mahnı müsabiqəsində Azərbaycanı təmsil Fidan Hüseynova Moskvada çıxış edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Fidan Huseynova 🇦🇿 (@fidanhuseynova_official)

Müğənnini Rusiyada ildə iki dəfə keçirilən "Mercedes Benz Fashion week 2019" çərçivəsində Rusiyanın məşhur brendinin kolleksiyasının nümayişində çıxışa dəvət ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Hüseynova çıxışı zamanı çəkilmiş fotonu özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Gənc müğənninin ifası moda nümayişinin qonaqlarının qəlbini fəth edib. O, musiqi və dizayn sahəsinin bir çox məşhur simaları ilə tanış olmaq şərəfinə nail olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Fidan Huseynova 🇦🇿 (@fidanhuseynova_official)

Fidan Hüseynova prezident təqaüdçüsü, bir sıra beynəlxalq müsabiqələrin iştirakçısıdır. Müğənninin adı "Azərbaycan istedadlarının qızıl kitabı"na düşüb.

Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford" məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. Fidan 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb.

O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb. O, Lara Fabianın Heydər Əliyev sarayında keçirilən konserti zamanı onunla bilikdə əfsanəvi "Je t'aime" hitini duet oxuyub.

Xəbər lenti
0