Kristina Zamir

Azərbaycanlı model bikini çempionatında qələbə qazanıb

114
(Yenilənib 12:23 02.04.2019)
Azərbaycanlı model Kristina Zamir Dubayda keçirilən "Fitness fashion bikini championship" beynəlxalq gözəllik yarışında ikinci yeri tutub.

BAKI, 2 aprel — Sputnik. Azərbaycanlı model Kristina Zamir Dubayda keçirilən "Fitness fashion bikini championship" (Fitnes üzrə bikini çempionatı) beynəlxalq gözəllik yarışında ikinci yeri tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Zamirin iştirak etdiyi ilk fitnes-model layihəsidir. O, Sputnik Azərbaycan-a etiraf edib ki, belə bir yarışmaya qatıldığı üçün əsla peşman deyil.

Model podiuma çimərlik geyimində və ziyafət paltarında qatılıb.

Kristina Zamir "Miss Photo Model Azerbaijan 2014", "Miss Sharm", "Miss Charisma Queen of Ussr Dubai 2016", "Miss Fashion Queen Glamourfaces of the World 2018", "Miss Celebrity", "Miss Best Artist Supertalent of the World 2018", "Miss humanity universe 2017", "World next top Model 2017" titullarının və "Jewel of the World 2018 — Miss Personality", "Jewel of the Award, Miss Everwin", "Best in long gown", "Miss Charming", "Miss Best Faces Jewel of the Day" üzrə altı nominasiyanın sahibidir.

114