Təcili tibbi yardım

Bakıda zəhərlənənlərin sayı açıqlandı RƏSMİ

79
(Yenilənib 19:52 27.03.2019)
Dərman zəhərlənməsinə görə 10 müraciət daxil olub

BAKI, 28 mart — Sputnik. “Bayram günlərində dəm qazından zəhərlənməyə görə 12 müraciət daxil olub. Onlardan 7-si qəbul edilib”. Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Baş toksikoloq dərman zəhərlənməsi ilə bağlı rəqəmləri də açıqlayıb: “Dərman zəhərlənməsinə görə 10 müraciət daxil olub. Bu şəxslərdən 8-i xəstəxanaya qəbul olunub”.

“Bu müraciətlərdən 7-si allergik reaksiya ilə bağlı olub. Onlardan 2-si azyaşlı olub”, – deyə baş toksikoloq əlavə edib.

A.Maqsudov sirkə turşusundan zəhərlənmə ilə bağlı 1 müraciətin olduğunu vurğulayıb: “Həmin xəstə qəbul edilərkən vəziyyəti ağır olub. Lakin sonradan xəstənin durumu stabilləşib”.

79