Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

259
(Yenilənib 12:20 21.03.2019)
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə parlamentinin üst palatasının - Senatın sədri seçilib

BAKI, 21 mart - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xanım Dariqa Nazarbayevanı Qazaxıstan Respublikası Parlamenti Senatının sədri seçilməsi münasibətilə təbrik edib.

Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə parlamentinin üst palatasının - Senatın sədri seçilib.

259