CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstanbula uçan AZAL sərnişinlərinin nəzərinə

© AFP 2023 / HOİstanbul Grand Airport - İstanbulun yeni hava limanı
İstanbul Grand Airport - İstanbulun yeni hava limanı - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir

BAKI, 19 mart — Sputnik. "Atatürk" hava limanının bağlanması ilə əlaqədar olaraq 7 aprel 2019-cu il tarixdən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a AZAL- ın mətbuat xidmətindən məlumat verilib.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL-dan möhtəşəm İstanbul aksiyası

Məlumata görə, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək.

Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.

Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər, belə ki, digər aviaşirkətlərin əvvəllər "Atatürk" hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.

Xəbər lenti
0