CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsgərov: "Boeing" korporasiyası ilə sıx əlaqə saxlayırıq

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidBoeing-737 MAX-8 təyyarəsi
Boeing-737 MAX-8 təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"AZAL"ın prezidenti Cahangir Əsgərov bildirib ki, Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib

BAKI, 12 mart — Sputnik. Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır.

Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "AZAL"ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq bildirib ki, Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib. Belə ki, hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL yeni müntəzəm reys açır

C. Əsgərov qeyd edib ki, AZAL aviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcək.

"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq" – deyə Cahangir Əsgərov bildirib.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğramışdır. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək Boeing 737 MAX-8 tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirmişlər. 

Xəbər lenti
0