Ziyafət Əsgərov: “Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik”

© Photo : APAZiyafət Əsgərov - Milli Məclis sədrinin I müavini
Ziyafət Əsgərov - Milli Məclis sədrinin I müavini - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir"

BAKI, 12 mart - Sputnik. “Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri Ali Baş Komandan tərəfindən təsdiq olunan plan əsasında həyata keçirilir. Azərbaycan suveren dövlətdir, nə vaxt isətəsə, hərbi təlimlər keçirə bilər”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistan tərəfindən narahatlıq doğurmasına münasibət bildirərkən deyib.

Z. Əsgərov deyib ki, bu, Azərbaycanın suveren hüququdur: “Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir. Digər tərəfdən Ermənistan  hər zaman qorxuda, təzyiq altında olmalıdır. Çünki, işğalçıya hər zaman təzyiq göstərilməlidir”.

Xəbər lenti
0