CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

Abunə olmaq
Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora və Fransisko Pons da RTA-nın xarici üzvləri seçiliblər

BAKI, 4 mart — Sputnik. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin ümumi yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.Sadovniçinin təqdimatına əsasən yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum dərəcədə şəffaf prosedur əsasında - gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.

Ümumi yığıncaqda 200-ə yaxın görkəmli rusiyalı və əcnəbi alim, Akademiyanın üzvləri, RF Prezidenti Administrasiyasının, RF Hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Qəyyumlar Şurasının üzvləri, görkəmli elm və dövlət xadimləri iştirak ediblər.

Yığıncaqda “Təhsil” və “Elm” milli layihələrinin həyata keçirilməsində Rusiya Təhsil Akademiyasının iştirakı, habelə RTA-nın inkişafına dair perspektiv planlar və ən yaxın genişmiqyaslı layihələr müzakirə edilib.

Yığıncağın ikinci hissəsində Akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.

Xəbər lenti
0