QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN: Ermənistan rəsmisinin açıqlaması danışıqlar prosesinə qarşı hücum xarakteri daşıyır

© Sputnik / Murad OrujovXarici İşlər Nazirliyinin binası
Xarici İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır"

BAKI, 1 mart — Sputnik. "Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edərək, uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın söylədikləri ilə bağlı açıqlamasında deyilir.

Yuta Universitetinin dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzusunda tələbə və professor heyəti qarşısında iştirak edib - Sputnik Azərbaycan
QARABAĞ
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməlidir"

Bildirilir ki, mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.

"Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır.

Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq" - açıqlamada deyilir.

Xəbər lenti
0