Moskvada Xocalı fləşmobuna görə saxlanılan azərbaycanlılar sərbəst buraxılıb

Moskvada Xocalıya görə saxlanılan soydaşlarımız azad edildilər

28
(Yenilənib 22:13 27.02.2019)
Moskva şəhərinin Presnenski Rayon Məhkəməsinin hökmünə əsasən, onlar cərimə olunublar

BAKI, 27 fevral — Sputnik. Moskvada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, bu barədə Moskva şəhərinin Presnenski Rayon Məhkəməsi qərar çıxarıb.

Hökmə əsasən, onlar cərimə olunublar.

Qeyd edək ki, fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fləşmob keçirməyə cəhd göstəriblər. Onlar Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarlarla bəzədilmiş avtomobillərlə avtoyürüş etmək istəsələr də, polislər buna imkan verməyiblər. Gənclər saxlanılaraq polis bölməsinə aparılıblar.

28