Canavarlar, arxiv şəkli

Ağdaşda canavarlar sürüyə hücum etdilər - VİDEO

43
Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb

BAKI, 22 fevral – Sputnik. Ağdaş rayonunda canavarlar sürüyə hücum edib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Yenicə kəndində baş verib.

Belə ki, kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib.

Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.

43