CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur azərbaycanlının oğlu Avstriyada özünə toy eləyib - FOTO

© pixabay / Stock SnapToy, arxiv şəkli
Toy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artistin oğlu əcnəbi vokalçı ilə ailə qurub

BAKI, 19 fevral — Sputnik. Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğlu - pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Avstriyada əcnəbi vokalçı Karen Onidia Danqe ilə evlənib.

Sputnik Azərbaycan-ın məlumatına görə, musiqiçi toy şəklini özünün Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

© Facebook / abuzar.manafzadePianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə həyat yoldaşı ilə
Məşhur azərbaycanlının oğlu Avstriyada özünə toy eləyib - FOTO - Sputnik Azərbaycan
Pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə həyat yoldaşı ilə

Cütlüyün toyu fevralın 14-də - Sevgililər Günündə olub.

Karen Onidia Danqe Vyana konservatoriyasının solistidir. Abuzər Manafzadə isə Vyana Musiqi və İfaçılıq Sənəti Universitetində təhsil alır. Onlar birlikdə bir çox beynəlxalq festival və müsabiqələrdə iştirak ediblər.

Abuzər Manafzadənin atası İslam Manafzadə uzun illərdir Türkiyədə işləyir. O, Yedditəpə Universitetinin dosenti, Gənc Virtouzların Kamera Orkestrinin bədii rəhbəri, solisti və dirijorudur.

Abuzərin bacısı Turan Manafzadə də qardaşı kimi pianoçu və dirijordur. O, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatıdır.

Xəbər lenti
0